AZ

Pakistanlı diplomat İrandan Azərbaycana təxliyə olundu

İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.

News365.az APA-ya istinadən xəbər verir ki, Pakistanın Tehrandakı səfirliyinin əməkdaşı Nadim Bəsitxan Astara dövlət sərhəd buraxılış məntəqəsindən Azərbaycana təxliyə olunub.

Diplomat jurnalistlərə bildirib ki, ötən il də Azərbaycanda olub:

“Azərbaycan xalqı çox gözəl xalqdır. Ötən ilin iyun ayında da burada olmuşam”.

Bundan əlavə, Azərbaycan və Rusiya vətəndaşları da təhlükəsiz şəkildə İrandan Azərbaycan sərhədi ilə təxliyə olunublar.

Seçilən
25
9
news365.az

10Mənbələr