AZ

Azərbaycan çempionatına start verildi

Bu gün ağır atletika üzrə Azərbaycan çempionatı start götürüb.

Fanat.Az xəbər verir ki, açılış mərasimində Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış edib. 

Ölkədə idmana və idmançılara göstərilən qayğı və diqqəti qeyd edən Umudov, həmçinin federasiyanın Olimpiya təsnifat yarışları ərəfəsində idmançıların hazırlıq səviyyəsinə xüsusi diqqət yetirdiyini vurğulayıb.

Çempionatın ilk günündə qadınlar arasında üç çəki dərəcəsində qaliblər müəyyənləşib. Çempionlar ümumilikdə 138 kq (60 kq + 78 kq) qaldıran Nuray Əbilova (53 kq), Türkanə Eminova (58 kq) – 120 kq (57 kq + 63 kq) və Milena Hüseynli (63 kq) – 98 kq (43 kq + 55 kq) olub.

Çempionatda ümumilikdə 80-ə qədər idmançı iştirak edir. 

Seçilən
2
fanat.az

1Mənbələr