AZ

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Məlum olduğu kimi, ötən gün görkəmli tarixçi alim İlber Ortaylı vəfat edib.

Azreform.info xəbər verir ki, türk dünyasının ortaq yaddaşını təmsil edən 78 yaşlı professorun elmi fəaliyyətində Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatına həsr olunmuş araşdırmalar da xüsusi yer tutur.

İ.Ortaylı dəfələrlə Azərbaycana səfər edib, ölkəmizin tanınmış simaları və elm adamları ilə sıx əlaqələri olub. Həmin əlaqələr ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayıb.
 

Bu məqamda sosial şəbəkələrin Azərbaycan seqmentində İlber Ortaylı, Xalq şairi Bəxtiyar Vahabzadə, Xalq yazıçıları Əzizə Cəfərzadə və Elçin Əfəndiyev, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, həmçinin digər ədiblərin yer aldığı foto yenidən yayımlanıb.

Həmin şəkil “Vətən” Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti tərəfindən 1988-ci ildə Mirzə Fətəli Axundzadənin anadan olmasının 175 illiyi keçirilən zaman “Ədəbiyyat” qəzetinin fotomüxbiri Rasim Sadıxov tərəfindən çəkilib.

İ.Ortaylı o zaman İstanbulda Topqapı Muzeyinin direktoru vəzifəsini icra edirdi. (Qafqazinfo)

Seçilən
20
8
azreform.info

9Mənbələr