AZ

“Napoli” Hoylundu transfer edəcək

“Napoli”nin idman direktoru Covanni Manna klubun mövsümün sonunda hücumçu Rasmus Hoylundu “Mançester Yunayted”dən almaq niyyətini təsdiqləyib.

Msport.az xəbər verir ki, daha əvvəl “Napoli”nin danimarkalı futbolçunun daimi transferi üçün 44 milyon avro ödəməli olduğu bildirilirdi.

“Buna şübhə yoxdur. Rasmus burada qalacaq. Çempionlar Liqasına vəsiqə qazanacağımız təqdirdə onu “Mançester Yunayted”dən almağa borcluyuq. Amma o, bu şərtdən asılı olmayaraq, planlarımızda qalır”, – deyə Manna bildirib.

Qeyd edək ki, bu mövsüm Hoylund bütün yarışlarda 35 oyunda meydana çıxıb, 13 qol vurub və 4 məhsuldar ötürmə verib.

Seçilən
9
2
msport.az

3Mənbələr