AZ

“Fənərbağça” Tedeskonu da qovur

Domeniko Tedeskonun “Fənərbaxça”dakı gələcəyi təhlükə altındadır. “Fənərbağça” Super Liqanın 26-cı turunda “Fatih Karagümrük”ə 0-2 hesabı ilə məğlub oldu və bununla da İstanbul klubunun liqada 22 oyunluq məğlubiyyətsiz seriyasına son qoymuşdu.

Publika.az xəbər verir ki, “Sabah” qəzetinin verdiyi məlumata görə, oyundan sonra klub prezidenti Sadettin Saran və komandası təcili iclas keçirib. Bu gün Saranla Tedesko arasında görüşdən sonra əlavə qərar veriləcək.

Məşqçinin getmə ehtimalı nəzərə alınmaqla, onun yerinə iki namizəd var – Aykut Kocaman və İsmayıl Kartal.

Tedesko bu mövsüm “Fənərbaxça”nı 39 matçda çalışdırıb. Bu müddət ərzində komanda 23 qələbə qazanıb, 11 heç-heçə edib və 5 dəfə məğlub olub.

Seçilən
40
publika.az

1Mənbələr