AZ

İran “Abraham Linkoln" aviadaşıyıcısını sıradan çıxarıb?

ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) SEPAH-ın "Abraham Linkoln" aviadaşıyıcısı ilə bağlı iddialara aydınlıq gətirib.

Moderator.az xəbər verir ki, bu barədə CENTCOM bəyanat yayıb.

CENTCOM SEPAH-ı yalan yaymaqda ittiham edib:

“SEPAH bir daha ABŞ-ın "Abraham Lincoln" aviadaşıyıcısını sıradan çıxardıqlarını bildirir. Bu, əvvəllər də bir neçə dəfə gəmini məhv etdiklərini iddia etmələrindən sonra baş verib. Aydınlıq üçün qeyd edək ki, “Abraham Linkoln" aviadaşıyıcısı İranın hava məkanına dənizdən hakim olmağa davam edir”, - məlumatda deyilir.

Qeyd edək ki, SEPAH ABŞ Hərbi Dəniz Qüvvələrinin "Abraham Linkoln" aviadaşıyıcısına zərbə endirildiyi barədə məlumat yayıb.

 

(axar.az)

Seçilən
1
4
moderator.az

6Mənbələr