AZ

10 qəpik artım və nəqliyyatda güzəştli gediş kartı: “İnsanlara yalan deyirlər”

Avtobuslardan daha çox cəmiyyətin orta, ondan da daha çox aztəminatlı təbəqəsi istifadə edir.



Onun sözlərinə görə, cəmiyyətin müəyyən sosial təbəqələri üçün güzəştli nəqliyyat kartlarının tətbiqinə ciddi ehtiyac var:

“İctimai nəqliyyatdan istifadə xərcləri vətəndaşların minimum yaşayış məbləği ilə uyğunsuzluq təşkil edir. Əgər 1 ailənin 4 üzvü mütəmadi olaraq avtobuslardan istifadə edirsə, aylıq xərc aşağı-yuxarı 260 manata gəlib çıxır.

Bəzi aztəminatlı qruplara, məsələn, qazilərə, pensiyaçılara nəqliyyatdan güzəştli istifadə kartları tətbiq olunarsa, o zaman onlar üçün nəqliyyatda qiymət artımı elə də ciddi problem təşkil etməz. Elə digər sahələrdəki artımlara da onlar indiki qədər həssas olmaz. Hazırkı tendensiya budur: insanlara yalan deyirlər. Əvvəllər deyilirdi ki, marşrut parkımızı elektrobuslarla əvəzləyəndən sonra qiymət stabilləşəcək və nəqliyyat xərcləri daha ucuz olacaq. Hanı? Görünən odur ki, stabilləşmə baş vermir”.

İ.Hüseynli vurğulayıb ki, ictimai nəqliyyatda qiymət artımı antisosial təcrübədir:

“Nəqliyyatdan güzəştli istifadə kartlarına təcili keçid olmalıdır. Onun bir hissəsi şirkətlərə dövlət dotasiya yolu ilə təmin edilməlidir. Avropa ölkələrinin təcrübəsində aylıq kartlar var, bu kartlar vasitəsi ilə insanlar istədikləri qədər ictimai nəqliyyatdan istifadə edə bilirlər.

Misal üçün, Berlində aylıq nəqliyyat kartı 50 avrodur. Müqayisədə bu kartların qiyməti təkgedişli kartların qiymətindən 3 dəfəyədək ucuz başa gəlir. Azərbaycanda bunu tətbiq edə bilərik”.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı və paytaxtətrafı marşrut avtobuslarında yenilənmiş nağdsız Gedişhaqqı tarifləri müəyyənləşdirib.

Tarif dəyişikliyinə əsasən, elektrikli, sıxılmış təbii qazla (CNG) işləyən və 2025-ci il istehsalı olan dizel mühərrikli avtobusların olduğu marşurt xətlərində gedişhaqqı 10 qəpik artırılıb.
Seçilən
25
5
ekologiya.az

6Mənbələr