Misli Premyer Liqasının 24-cü turunda “İmişli” Qubada “Sabah” ilə qarşılaşıb.
“İki sahil” yazır ki, qarşılaşmanın 11-ci dəqiqəsində Stiv Solvet hesabı açıb. 15-ci dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Coy Lens Mikels “Sabah”ın üstünlüyünü iki topa yüksəldib. O, 35-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vurub. 49-cu dəqiqədə Kahim Parris “bəyquşların” üstünlüyünü daha da artırıb. Görüşdə son qolu 71-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Aleksey İsayev vurub – 0-5.
Misli Premyer Liqası,
24-cü tur
14 mart (şənbə)
15:00. “İmişli” 0-5 “Sabah”
Qollar: Stiv Solvet, 11 (0-1), Coy Lens Mikels, 15-pen. (0-2), Coy Lens Mikels, 35 (0:3), Kahim Parris, 49 (0-4), Aleksey İsayev, 71-pen. (0-5)
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Zöhrab Abbasov
Quba OİK stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”