AZ

Azərbaycan hökmdarının fəth etdiyi ada ABŞ ın nəzarətinə keçir İran üçün ciddi təhlükə

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Silahlı Qüvvələri İranın Xark adasında yerləşən hərbi obyektlərə güclü zərbə endirib. Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Az əvvəl mənim göstərişimlə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Yaxın Şərq tarixində ən güclü bombardmanlardan birini həyata keçirdi və İran üçün strateji əhəmiyyət daşıyan Xark adasındakı bütün hərbi hədəflər tamamilə məhv edildi”, – deyə ABŞ prezidenti bildirib.

Bundan başqa ABŞ təxminən 2 500 dəniz piyadasını Yaponiyadan Yaxın Şərqə göndərir. Bu qərar, ABŞ-ın İranın əsas neft ixrac mərkəzi olan Xark adasına quru qoşunları yeritməsi ilə bağlı yayılan məlumatlar fonunda diqqət çəkir.

Qeyd edək ki, Xark adası Səfəvi hökmdarı Şah İsmayıl Xətai dövründə Portuqaliyalıların nəzarətinə keçmiş, 1622‑ci ildə isə Şah Abbas I tərəfindən işğaldan azad edilib. Bu haqda saytımızda ötən gün məlumat verilib.

Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, Xark adası İranın ən cənubunda, Buşəhr ostanının 25 kilometrliyində yerləşən strateji əhəmiyyətli adadır:

Vaqif Hüseyn

“İranın neft ixracatının 90 faizi bu ada üzərindən gedir. Üstəlik, İranın cənubuna müdaxilə üçün ən strateji yerdir. ABŞ bu adanı ələ keçirəcəyi təqdirdə, İranın bütün cənub sərhədlərində faktiki üstünlük qazanmış olacaq.

İranın cənubu son illərdə heç də sabit deyil. Yəni, bu adanı ələ keçirib ABŞ İrana müdaxilə etsə, sosial dəstək də əldə edə bilər. Çünki burada yerli ərəblər yaşayır və rejimlə ciddi problemləri var. Xark adası ABŞ-ın hədəfindədirsə, bu İran üçün ciddi təhlükə deməkdir.

Quru əməliyyatları başlayacaqsa, bu İran gərginliyinin yeni fazaya keçdiyi deməkdir. ABŞ-ın buna nə qədər hazır olduğu isə müzakirəlidir. ABŞ daxilində bu məsələ ətrafında fikir ayrılıqları mövcuddur. Hesab edirəm ki, əraziyə digər regional ölkələrdən hərbiçilərin gətirilməsi vəziyyətin ciddiliyinə dəlalət edir”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
globalinfo.az

1Mənbələr