AZ

İRAN İKİ ŞƏRT İRƏLİ SÜRDÜ... Müharibənin dayandırılması üçün

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

İran hökumətinin sözçüsü Möhsün Rzayi Tehranın davam edən müharibənin dayandırılması üçün irəli sürdüyü əsas şərtləri açıqlayıb.

“AzPolitika" -nın İtanın SNN agentliyinə istinadən yaydığı məlumata görə, Rzayi rəsmi Tehranın sülh danışıqlarına başlamaq üçün müəyyən və konkret tələblər irəli sürdüyünü bildirib.

Onun sözlərinə görə, İran yalnız iki əsas şərt yerinə yetirildiyi halda hərbi əməliyyatların dayandırılmasını nəzərdən keçirə bilər. 

Birinci şərt ondan ibarətdir ki, fevralın 28-dən etibarən davam edən qarşıdurma nəticəsində ölkənin infrastrukturuna və iqtisadiyyatına dəyən bütün zərərlər Amerika Birləşmiş Ştatları tərəfindən kompensasiya edilməlidir.

İkinci tələb isə ABŞ-ın bütün hərbi bazalarının Fars körfəzi regionundan tam şəkildə çıxarılmasıdır. Rzayi vurğulayıb ki, bu şərtlər qəbul edilmədiyi təqdirdə atəşkəs barədə hər hansı müzakirənin aparılması mümkün deyil. O əlavə edib ki, ölkənin suverenliyinin və təhlükəsizliyinin təmin olunması üçün bütün imkanlar səfərbər edilib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də **İran**a qarşı genişmiqyaslı hərbi əməliyyata start veriblər. Ancaq İranın cavab zərbələri ABŞ və İsraili, eləcə də ərəb müttəfiqlərini çətin vəziyyətə salıb. 

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
azpolitika.info

1Mənbələr