Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Martın 13-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.Bu barədə Ölkə.az-a DİN mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, ötən gün ərzində ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 163, o cümlədən borclu şəxs qismində axtarışda olan 133 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib. Polis əməkdaşları martın 13-də paytaxt, respublikanın ayrı-ayrı rayonlarında,o cümlədən işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 19 tüfəng, 16 patron darağı və 1928 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.