AZ

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Peşəkar Çövkən Liqasında yeni mövsümün ilk turunun oyunları keçirilib.

“İki sahil” xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan açılış mərasimində Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestri, rəqs ansamblı və tanınmış sənətçilər musiqi və rəqs nümunələri ilə çıxış ediblər.

Martın 13-də mövsümün açılış turu gərgin və maraqlı qarşılaşmalarla yadda qalıb. Turun ilk oyununda “Zəfər” komandası “Şamaxı” üzərində minimal hesablı qələbə qazanıb. Görüş boyu hər iki komanda hücum cəhdləri ilə fərqlənsə də, qarşılaşmanın taleyini həll edən yeganə qol “Zəfər”in aktivliyi nəticəsində qeydə alınıb və matç 1:0 hesabı ilə başa çatıb.

Günün ikinci yarısında isə “Embawood” və “Omar” komandaları maraqlı oyun nümayiş etdirib. Dinamik hücumlarla keçən qarşılaşmada “Embawood” komandası rəqibi üzərində üstünlük əldə edərək 2:1 hesablı qələbə qazanıb. Bu nəticə ilə “Embawood” yeni mövsümə uğurlu start verən komandalar sırasında yer alıb.

Mart ayının 14-də baş tutan qarşılaşmalar da maraqlı nəticələrlə yadda qalıb.

“Elit” komandası “Buta Qolden” üzərində 1:0 hesablı qələbə qazanıb. “Sərhədçi” komandası isə turunun ən böyükhesablı qələbələrindən birinə imza ataraq “Atilla” komandasını 10:0 hesabı ilə məğlub edib.

Günün son, turun ən məhsuldar oyunu “Polad” və “Xəzər” komandaları arasında baş tutub; “Polad” rəqibini 11:0 hesabı ilə üstələyərək mövsümə inamlı başlanğıc edib.

Peşəkar Çövkən Liqasında növbəti turun oyunları martın 27-28-də və liqa noyabrın 21-dək davam edəcək.

Seçilən
11
7
ikisahil.az

8Mənbələr