AZ

Destici: Ərdoğan yenidən prezidentliyə namizəd olmalıdır

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Prezident Rəcəb Tayyib Ərdoğanın yenidən prezidentliyə namizədliyinin irəli sürülməsi üçün ya parlament seçkilərin keçirilməsi barədə qərar qəbul etməlidir, ya da konstitusiya dəyişikliyi tətbiq olunmalıdır. Ölkə.az xəbər verir ki, belə bir təkliflə Türkiyənin Böyük Birlik Partiyasının lideri Mustafa Destici çıxış edib. "Düşünürəm ki, seçkilər 2027-ci ilin sonunda və ya 2028-ci ilin əvvəlində olacaq. Ya parlament prezidentimizin yenidən namizədliyini irəli sürə bilməsi üçün seçki qərarı verəcək. Ya da konstitusiya dəyişikliyi edilməlidir. Düşünmürəm ki, konstitusiya dəyişikliyi çox asan olsun. Amma Parlament seçki qərarı verərsə, o, yenidən namizədliyini irəli sürə bilər”, - Destiçi bildirib.

 Destici onu da bildirib ki, lideri olduğu Böyük Birlik Partiyası  Prezident Rəcəb Tayyib Ərdoğanın yenidən prezidentliyə namizəd olmasını istəyir və bu ideyanı dəstəkləyir.Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
olke.az

2Mənbələr