AZ

İran ABŞ banklarının filiallarına hücum etdi

ain.az, Axar.az portalına istinadən məlumat verir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ banklarının Yaxın Şərq və Fars körfəzi ölkələrindəki bir sıra filiallarına hücum edib.

Axar.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi SEPAH-a istinadən məlumat yayıb.

Adı açıqlanmayan SEPAH rəsmisi bildirib ki, hücum ABŞ-ın İran banklarını hədəf almasına cavab xarakterlidir:

"Əgər ABŞ bu addımı təkrarlasa, bölgədəki Amerika banklarının bütün filialları bizim qanuni hədəfimiz olacaq".

Qeyd edək ki, daha öncə İran XİN rəhbəri ölkənin ən böyük banklardan birinin filialının bombalandığını açıqlamışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
9
axar.az

10Mənbələr