AZ

Əraqçi: ABŞ Xarq adasına hücumu qonşu ölkələrimizdən həyata keçirib, İran cavab verəcək

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Xarq adasına hücum qonşu ölkələrin ərazisindən həyata keçirilib”.

APA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Əraqçi qeyd edib ki, İranın silahlı qüvvələri ölkənin enerji obyektlərinə qarşı istənilən hücuma cavab verəcək.

"Xarq adasına hücum qonşu dövlətlərimizin ərazisindən həyata keçirilib və ABŞ “HIMARS” buraxılış sistemlərindən istifadə edərək qonşu ölkədən raketlər atır. Biz bu hücumlara mütləq cavab verəcəyik", - o bildirib.

İran XİN rəhbəri Rusiya və Çin Tehranın strateji tərəfdaşları olduğunu və hərbi əməkdaşlığın davam etdiyini qeyd edib.

Əraqçi, eyni zamanda, Rusiya və Çini Tehranın strateji tərəfdaşları adlandırıb və hərbi əməkdaşlığın davam etdiyini qeyd edib. O əlavə edib ki, “Hörmüz boğazı açıqdır, amma düşmən və müttəfiqlərinin tankerləri və gəmiləri üçün bağlı qalır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
7
apa.az

8Mənbələr