AZ

“Ukrayna Silahlı Qüvvələri yeni strategiya ilə rus qoşunlarını ön xəttdə sıxışdırır“ “The Telegraph“

Moderator.az saytına istinadən ain.az xəbər verir.

"Dronlar rus hərbi texnikasının və canlı qüvvəsinin hərəkətini əngəlləyir..."

Ukrayna Silahlı Qüvvələri (USQ) ön xəttdə rus qoşunlarını qarşıdurmaya cəlb etmək əvəzinə, dronlar vasitəsilə planlı kampaniya aparır.

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

Yeni taktika - dronlarla genişlənən "zərər zonası"

Nəşr yazır ki, bu strategiya artıq nəticə verməyə başlayıb: Ukrayna dronları rus qüvvələrinin "zərər zonasını" bəzi bölgələrdə üç dəfə genişləndirib. Məqsəd sadədir - rusların şəxsi heyət və texnikanı hücum əməliyyatlarını davam etdirmək üçün kifayət qədər tez hərəkət etdirməsini qeyri-mümkün etmək. Ekspertlər bildirir ki, USQ dronları artıq ön xəttdən 150 km məsafəyə qədər hədəfləri vurmağa qadirdir.

Hərəkət radiusu əvvəlki 50 km ilə müqayisədə üç dəfə artıb və "zərər zonası" əhəmiyyətli dərəcədə dərinləşib. Bu zonanın sərhədləri dronların elit bölmələrinin mövqelərinə görə dəyişir və zigzagvari formalaşır. "Dronlar fasiləsiz izləyir, davamlı zərbələr endirir. Bu, düşmənin ritmini pozur və bizə döyüş meydanını idarə etmək imkanı verir, insanları ölümə göndərmədən", -  deyə USQ-nin bir dron taborunun əsgəri nəşrə bildirib.

Ağır döyüş dronları və Rusiya HHM-nin zəifləməsi

Ukrayna ağır bombardman dronlarını rus hərbi sistemlərini, o cümlədən radioelektron mübarizə sistemlərini, zenit qurğularını və digər texniki vasitələri hədəfləmək üçün istifadə edir. "The Telegraph" qeyd edir ki, bu dronlar rus vasitələrini məhv etməklə digər dronların uzun məsafələrə təhlükəsiz uçmasına imkan yaradır.

Rusiya HHM sistemlərinin, o cümlədən "Buk", "Tor" və "Pansir-S1" modellərinin məhv edilməsi hava məkanını açıb və yüngül dronların fəaliyyətini artırıb. Əsgərlər bildirir ki, ruslar köhnəlmiş texnikaya bel bağlamağa məcbur olublar.

Ukrayna analitikləri deyir ki, bu, rusların ön xəttə texnika və heyət göndərmə imkanlarını xeyli məhdudlaşdırır. Məqsəd rus qoşunlarını uzun məsafələr qət etməyə məcbur edərək müdafiə xətlərini zəiflətməkdir. "Nəticələr hər şeyi deyir. Rusiya nadir HHM sistemlərini və radarları itirir və onları tez doldurmaq imkanı yoxdur", - deyə Dmitriy Jluktenko bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
moderator.az

2Mənbələr