AZ

"Bəzi ziyalıların aşağı səviyyədə musiqi zövqü var" - Gülüstan Əliyeva

"Ucqar kənddə, dağın başında elə musiqi zövqü olan insan var ki... Bəlkə ömrü boyu Bakını görməyib. Amma muğamı, aşıq musiqisini, elə mahnıları zövqlə bilir ki... Dünyanın hər bir yerində belə insan var".

Bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Qonaqcanlı" verilişində deyib.

Müğənni "Bayağı mahnı ifa edənləri bazarda işləyənlər dinləyir, toya çağırır" sözlərinin tənqid olunmasından danışıb:

"Elə təhsilli, ziyalı dediyimiz insanlar var ki, aşağı səviyyədə musiqi zövqü var. Onların məclisində elə adamlar görürük ki, təəccüblənirik. Yəni bu adamlar belə müğənni çağırır? Fikirlərimi yanlış anlayıblar".

Qeyd edək ki, Gülüstan Əliyeva "Deyirlər ki, filankəs toylara gedir. Moskvada kimlər var? Bazarda çalışanlar, qara işlə məşğul olanlar. Orada çox az sayda ziyalı var. Bu gün orada çoxu bazarda işləyənlərdir. Orada sevilən mahnılar da bizim avtobus dayanacağında səsləndirilənlərdir. Onların istəyi həmin müğənnilərdir" sözlərini deyib. (Axşam.az)

Seçilən
19
2
musavat.com

3Mənbələr