AZ

“GİNius” intellektual yarışının növbəti yarımfinalçıları müəyyənləşib

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-də Azərbaycan İdman Akademiyasında gənc əməkdaşlar arasında qurumlararası II “GİNius” intellektual yarışının növbəti mərhələsi keçirilib. Yarış Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə gənclər və idman nazirinin müşaviri Ramil Cabbarov və nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.

Yarışın bu mərhələsində 14 qurum mübarizə aparıb. Nəticələrə əsasən, Əmlak Məsələləri Dövlət Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Azərbaycan Gənclər Fondu, Azərbaycan Respublikasının Baş Prokurorluğu, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yarımfinala vəsiqə qazanıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
2
azertag.az

3Mənbələr