AZ

Ağdaşda ilk dəfə “Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunub

Yazını böyüt
Yazını kiçilt

Novruz bayramı münasibətilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ağdaş şəhərində ilk dəfə olaraq “Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunub.

Hafta.az xəbər verir ki, Ağdaşda keçirilən 8-ci yarmarkanın əsas məqsədi bayram günlərində yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, eyni zamanda, şəhər sakinlərinin təbii, yerli və sağlam kənd təsərrüfatı məhsullarına daha rahat və münasib qiymətlərlə əlçatanlığını təmin etməkdir.

Yarmarkada 12 fermer iştirak edir və 50-yə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir. Fermerlər tərəfindən təqdim olunan məhsullar birbaşa istehsalçılardan və münasib qiymətlərlə satışa çıxarılıb.

Qeyd edək ki, martın 17-dək davam edəcək “Kənddən şəhərə” Novruz yarmarkasında fermerlər piştaxta, tərəzi və digər zəruri avadanlıqla ödənişsiz şəkildə təmin olunur.

Seçilən
16
2
hafta.az

3Mənbələr