Xəbər verdiyimiz kimi, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Dubay və Manamadakı Citibank filiallarına hücum etdiyini bildirib.
Musavat.com xəbər verir ki, SEPAH-ın açıqlamasına görə, Vaşinqton yenidən İran bankına hücum edərsə, İran regiondakı bütün ABŞ banklarını qanuni hədəf hesab edəcək.
Bu fonda İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, "İranın enerji infrastrukturuna zərbələr endiriləcəyi təqdirdə, İran qüvvələri regiondakı ABŞ şirkətlərinin və ya ABŞ-nin payı olan şirkətlərin obyektlərini hədəfə ala bilər".
Musavat.com