Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Arsenal" rəhbərliyi komandanın orta sahəsinin motoru hesab olunan Deklan Raysı uzunmüddətli layihədə saxlamaq üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, London klubu ingilis yarımmüdafiəçiyə daha yaxşı şərtlərlə yeni müqavilə təklif edib.
Raysın hazırkı sözləşməsi 2028-ci ilə qədər davam etsə də, klub rəhbərliyi onun ən yaxşı illərini məhz "Arsenal"da keçirməsini istəyir.
Sami Mokbelin yaydığı xəbərə görə, tərəflər arasında danışıqlar artıq müsbət istiqamətdə başlayıb. Premyer Liqanın lideri olan komandada Raysın göstərdiyi liderlik keyfiyyətləri rəhbərliyi bu addımı atmağa sövq edib. Yeni müqavilənin həm maaş, həm də müddət baxımından futbolçunu tam razı salacağı gözlənilir.
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.