ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Müctəba Xameneinin heç bir problem yoxdur”.
"Cebheinfo.az" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “MS Now”ya müsahibəsində ölkənin yeni Ali Lideri Müctəba Xameneinin vəziyyəti ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib.
Nazir bildirib ki, Ali Liderin vəziyyəti ilə bağlı heç bir problem yoxdur:
“Onun sağlamlığı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin müdafiə naziri Pit Heqset bildirmişdi ki, İranın yeni Ali Lideri Seyyid Müctəba Xamenei yaralanıb və ehtimal ki, şikəst vəziyyətə düşüb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.