AZ

Binəqədi sakinləri evlərinə dolan qoxudan əziyyət çəkirlər – ŞİKAYƏTVİDEO

Tullantı su xətlərindən gələn kəskin qoxu evlərə və həyətlərə yayılır...

Xezerxeber.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Söyüdlü küçəsində yaşayan sakinlər kanalizasiyadan gələn qoxudan narahatdırlar.

Sakinlərin dediklərinə görə, günün müəyyən saatlarında qoxu daha da ağırlaşır.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirdilər ki, həmin ərazidə mərkəzləşmiş su şəbəkəsi mövcud deyil. Hazırda vətəndaşlar fərdi qaydada primitiv üsulla çəkdikləri xətlərdən istifadə edirlər, tullantı suları açıq kanala axıdılır. Həmçinin ərazidə özəl şirkət də fəaliyyət göstərir və sakinlərin bir qismi tullantı su xətlərini qeyri-qanuni olaraq istehsalat müəssisəsinin xəttinə qoşublar. Müəssisədə ayda bir yuma işləri aparılanda maddələrin iyi gələ bilər. Belə hallarla bağlı şirkətə məlumat da verilib.

Həmin şirkətlə də əlaqə yaratmaq istədik, qeyri-iş günü olduğuna görə məlumat ala bilmədik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
32
xezerxeber.az

1Mənbələr