AZ

Xətai rayonunda MKİS işçiləri toplanan tullantıları stadionda yandırırlar?VİDEO

Ərazidən çıxarılan tullantılar stadionun ərazisinə toplanır və daha sonra elə binaların qarşısında yandırılır.

Xezerxeber.az xəbər verir ki, paytaxtın Xətai rayonu, Səməd bəy Mehmandarov 42-46 ünvanında yaşayan sakinlər deyirlər ki, yandırılan tullantıların tüstüsü mənzillərinə dolur.

Sakinlər bu halın xeyli müddətdir təkrarlanmasından narazıdırlar.

Şikayətçilər deyirlər ki, zibillər bura ərazi üzrə Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən daşınır və yandırılır.

Qarşı tərəf isə iddiaları təkzib edir. 99 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşı Azər Nəhmədovun sözlərinə görə, ərazidə bayramla bağlı tonqal qalanıb. Məhəlləyə tullantı maşını daxil ola bilmədiyi üçün ora yığılır və ordan götürülür. Həmin tullantıların stadion ərazisində yandırılmasına və bu halın tez-tez təkrarlanmasına gəldikdə isə iddiaların əsassız olduğu bildirildi.

Sakinlər isə ümid edirlər ki, məsələ ictimailəşəndən sonra bu hal bir daha təkrarlanmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
14
xezerxeber.az

1Mənbələr