AZ

Pəhriz saxlamadan arıqlamağın 2 sadə yolu

"Melatonin və sərin otaqda yatmaq piylərin toplanmasına mane olan eyni mexanizmi aktivləşdirir".

Bunu Gazeta.ru-ya açıqlamasında Piroqov Universitetinin Qocalma xəstəlikləri kafedrasının dosenti, endokrinoloq Lyubov Maçexina bildirib.

Həkimin sözlərinə görə, piy toxumasında melatoninin MT1 və MT2 reseptorları mövcuddur; melatoninin bu reseptorlarla birləşməsi ağ piy hüceyrələrinin qonur piy hüceyrələrinə çevrilməsini təmin edir. Qonur piy hüceyrələri metabolizm üçün daha "düzgün" substrat mənbəyi rolunu oynayır və piylənmə ilə bağlı riskləri azaldır.

Mtəxəssis qeyd edib ki, çəkini azaltmaq məqsədilə birbaşa melatonin preparatlarının təyin edilməsinin effektivliyi hələlik kliniki araşdırmalarla tam sübut olunmayıb.

Maçexina vurğulayıb ki, eyni mexanizm aşağı temperaturda da işə düşür, ona görə də yaxşı havalandırılmış, sərin və qaranlıq otaqda yatmaq bədən çəkisini tənzimləməyə kömək edir.

O qeyd edib ki, melatonin həmçinin toxumaların insulinə həssaslığını artırır və uzunömürlülüklə bağlı olan sirtuinlərin ifrazını tənzimləyir.

Həkim sirkad ritmlərə riayət etməyi, tam qaranlıqda yatmağı və ehtiyac yaranarsa, yalnız həkim məsləhəti ilə melatonin qəbul etməyi tövsiyə edir. (Publika.az)

Seçilən
13
4
musavat.com

5Mənbələr