"Bu gün meydanda güclü "Qarabağ" var idi".

Oftsideplus.az xəbər verir ki, bunu Ağdam təmsilçisinə məğlub olduqları matçdan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, qarşılaşma barədə bunları da söyləyib:

"Futbolçularım əllərindən gələni etdilər. Mübarizə apardılar. Hansısa məqamlarda alınırdı, hansısa məqamlarda alınmırdı. Oyun təbii olaraq "Qarabağ"ın dominantlığı ilə keçirdi. Amma bizim oyunçular da yaxşı əzmkarlıq göstərdilər. Bu cür "Qarabağ"a qarşı uğur qazanmaq üçün gərək hər şey sənin üçün yaxşı getsin".

O, zədəlilərin çox olduğunu bildirib:

"İssa Cibrilla Qubadakı meydandakı zədədən sonra hələ də yoxdur. 5-6 aydır zədəlidir. Yalnız "Neftçi" ilə oyunda 90 dəqiqə meydanda olub. Brahim Konate zədədən sonra qayıdıb. Çalışırıq ki, formasını yığsın. Qismət Alıyevin 5 gündür qızdırması var.  Onun yerini doldurmaq bizim üçün çətin idi".