AZ

Azərbaycan daha bir güləşçisi Serbiyada U-23 Avropa çempionatında medal qazanıb - YENİLƏNİB-2

Azərbaycanın yunan-Roma güləşçisi İlkin Qurbanov (63 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında bürünc medal qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, o, bürünc medal uğrunda görüşdə gürcüstanlı Rati Kozrevanidzeni 8:3 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu, Avropa çempionatında Azərbaycanın 4-cü bürünc medalı olub. Daha əvvəl sərbəst güləşçilər Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) də bürünc medal sahibi olublar.

Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıqlı (55 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatının gümüş medalını qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, o, finalda rusiyalı Alibek Amirova məğlub olub.

Qeyd edək ki, bu, U-23 Avropa çempionatında Azərbaycan təmsilçilərinin qazandığı 7-ci gümüş medal olub. Daha əvvəl Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq), Gültəkin Şirinova (55 kq) və Ruzanna Məmmədova (62 kq) gümüş medal əldə edib.

Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev (82 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatının finalına vəsiqə qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, o, yarımfinalda belaruslu İlya Valevskini 8:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Seçilən
52
3
far.az

7Mənbələr