Xəbər verdiyimiz kimi, bu günlərdə sosial şəbəkələrdə Bakıda 42 yaşlı qadınla 93 yaşlı alimin toy görüntüləri yayılıb və geniş müzakirələrə səbəb olub.
Məlumata görə, gəlin məşhur pianoçu-bəstəkar Elena Popova, bəy isə tanınmış akademik alim Roald Saqdayevdir. Toy görüntülərində Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan da yer alıb.
Musavat.com bildirir ki, 93 yaşlı əri ilə birlikdə hazırda ABŞ-da yaşayan Elena Popova toyda iştirakına görə Elza Seyidcahana təşəkkür edib.
O, toy görüntülərini paylaşaraq belə qeyd edib:
"Elza Seyidcahan, gözəl mahnılar üçün çox təşəkkür edirəm!"
Xalidə Gəray,
Musavat.com