AZ

SEPAH təsdiqlədi: İran generalı zərbələr nəticəsində öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran Silahlı Qüvvələrinin Baş Qərargahının xüsusi müfəttişi general Əbülqasım Babaiyanın öldürüldüyünü təsdiqləyib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə hərbi qurumun bəyanatını "Fars" Agentliyi yayıb.

Məlumata görə, general İsrail və ABŞ tərəfindən endirilən zərbələr nəticəsində ölüb.

Hadisənin dəqiq nə vaxt baş verdiyi açıqlanmayıb. SEPAH onun ailəsinə və yaxınlarına başsağlığı verib.

Bildirilib ki, Babaiyan bundan əvvəl İranın ali liderinin hərbi ofisinin rəhbəri vəzifəsini icra edib./Oxu.Az


Telegram kanalımız
Seçilən
36
1
yenisabah.az

2Mənbələr