AZ

Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu olub

Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu olub.

"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstanda yaşayan, Rustavi şəhərinin təmsilçisi Casur Qəhrəmanov 15 yaşadək boks üzrə Gürcüstan çempionatının qalibi olub.

O, 46 kq çəki dərəcəsində keçirilən final görüşündə erməni rəqibi Nodar Oqancanyanı məğlub edərək çempionluq tituluna yiyələnib.

Beləliklə, gənc idmançı Gürcüstan çempionatının qızıl medalına sahib olub.

"Cebheinfo.az"

Seçilən
12
1
cebheinfo.az

3Mənbələr