"İranın yeni Ali Lideri Müctəba Xamenei vəzifəsini icra edir və onunla bağlı heç bir problem yoxdur".
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "MS Now" telekanalına müsahibəsində deyib.
Nazirin sözlərinə görə, yaxın vaxtlarda hamı yeni ali liderin fəaliyyətini görəcək.
O bildirib ki, Müctəba Xamenei artıq konstitusiyaya uyğun olaraq öz vəzifəsini icra edir və bu işi davam etdirəcək.