AZ

​Bu quş 5 min metr hündürlükdə uçur

Azərbaycanda yaşayan qızıl qartal, yaxud “ayzar” kimi tanınan bu quş, dünyanın ən hündürdən uçan quşlarından biridir. Geniş qanadları qartala uzun müddət havada qalmağa imkan verir və müşahidələr göstərir ki, o, 3-4, bəzən 5 min metr hündürlüyə qalxa bilir. Bu, ona həm ovunu uzaqdan görmək, həm də təbii düşmənlərdən qorunmaq üçün üstünlük verir. Metbuat.az bildirir ki, qızıl qartallar adətən dağlıq ərazilərdə yuva qurur. Onların hündürlükdən uçması yalnız ov üçün deyil, həm də ətraf mühitə nəzarət və nəsillərini qorumaq məqsədi daşıyıq. Hər uçuşu həm yerli sakinlər, həm də təbiət həvəskarları üçün unudulmaz bir mənzərə yaradır.

Bu quşların həmçinin möhtəşəm baxış qabiliyyəti var: onlar minlərlə metr məsafədəki kiçik heyvanları belə görə bilir. Qızıl qartalın həyatı və uçuş bacarıqları Azərbaycanda təbiətin zənginliyini və qorunmasının vacibliyini gözəl nümayiş etdirir. Onu qorumaq və təbiətdəki yerini saxlamaq çox önəmlidir.

Seçilən
49
1
metbuat.az

2Mənbələr