AZ

Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Avtomobildə yüksək səslə musiqi dinləyən sürücülərlə bağlı hallar son vaxtlar daha çox müşahidə olunur. Bəzi şəxslər gecə-gündüz fərqi qoymadan yaşayış məntəqələrində belə avtomobildə səslənən musiqinin səsini həddindən artıq artırırlar. Avtosfer.az xəbər verir ki, paytaxtda keçirilən sorğu zamanı da yüksək səslə səslənən musiqi jurnalistlərin sakinlərlə söhbət aparmasına belə mane olub. Sakinlər bildirirlər ki, hətta tıxac zamanı belə bəzi sürücülər avtomobildə musiqinin səsini maksimum səviyyəyə qaldırırlar. Ekspertlərin sözlərinə görə, bununla bağlı müəyyən cərimələr mövcuddur. Lakin qanunvericiliyə yenidən baxılmasına ehtiyac var. Çünki yüksək səs çox vaxt avtomobillərə sonradan quraşdırılan əlavə səsgücləndirici sistemlərdən qaynaqlanır. Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı hesab edir ki, avtomobillərinə əlavə kalonkalar və güclü səsgücləndiricilər quraşdıran şəxslər cərimələnməlidirlər. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ictimai asayişi pozan şəxslərlə bağlı müvafiq tədbirlər görülür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
avtosfer.az

1Mənbələr