AZ

Mançester Siti Vest Hem Yunayted lə bacarmadı VİDEO

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasının 30-cu turunda keçirilən "Vest Hem Yunayted" - "Mançester Siti" oyunu başa çatıb. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Oxu.Az xəbər verir ki, matç London şəhərində yerləşən "London Stadium" stadionunda keçirilib. Oyunun baş hakimi Maykl Oliver olub.

Görüşdə hesabı 31-ci dəqiqədə qonaq komandanın futbolçusu Bernardo Silva açaraq "Mançester Siti"ni önə keçirib. Lakin 35-ci dəqiqədə Konstantinos Mavropanos bərabərlik qolunu vuraraq "Vest Hem Yunayted"ə bir xal qazandırıb.

Bu nəticədən sonra "Vest Hem Yunayted" 29 xalla İngiltərə çempionatının turnir cədvəlində 17-ci pillədə qərarlaşıb. "Mançester Siti" isə 61 xalla ikinci yerdədir.

Növbəti turda "çəkicçilər" martın 22-də səfərdə "Aston Villa" ilə qarşılaşacaqlar. "Şəhərlilər" isə həmin gün Liqa Kubokunun finalında "Arsenal"la üz-üzə gələcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
oxu.az

1Mənbələr