AZ

Azərbaycan neftinin qiyməti 109 dolları ötdü

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

 

Senzor.az bildirir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 3,52 ABŞ dolları və ya 3,3 % artaraq 109,1 ABŞ dolları təşkil edib.

 

Qeyd edək ki, ötən gün neftimiz 105,58 ABŞ dollarına sakılıb.

 

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

 

Onu da qeyd edək ki, builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Seçilən
5
32
senzor.az

10Mənbələr