AZ

Qazaxıstanda yeni konstitusiya ilə bağlı referendum keçiriləcək

Qazaxıstanda yeni konstitusiya ilə bağlı 15 mart bazar günü ümumxalq referendumu keçiriləcək.

APA xəbər verir ki, bununla da Qazaxıstan vətəndaşları ölkənin yeni konstitusiyasının təklif olunan layihəsini ya qəbul edəcək, ya da rədd edəcəklər.

Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 2025-ci ilin sentyabr ayında 30 ildən çoxdur qüvvədə olan konstitusiyanın dəyişdirilməsini təklif edib.

Dövlət başçısı mövcud ikipalatalı parlamenti birpalatalı parlamentlə əvəz etməyi təklif etmişdi.

Seçilən
56
1
apa.az

2Mənbələr