AZ

İntihar etdiyi deyilən məşhur aparıcı öldürülübmüş

İstanbulda sosial şəbəkə fenomeni kimi tanınan 27 yaşlı model və teleaparıcı Ayşegül Eraslan faciəvi şəkildə vəfat edib.

Publika.az xəbər verir ki, gənc qadın öz evində ölü tapılıb, yanından isə vida məktubu aşkar edilib. Lakin ölüm şəraiti artıq çoxsaylı suallar və mübahisələr doğurub, ulduzun yaxınları isə onun intihar etmədiyini iddia edirlər.

"Haberler" nəşrinin məlumatına görə, uzun müddət Ayşegüllə əlaqə saxlaya bilməyən yaxınları həyəcan təbili çalıblar. Onun evinə gələn yaxınları qapı kilidli olduğu üçün içəri girə bilməyiblər və polis çağırıblar. Qapını qıraraq içəri daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları gənc qadını huşsuz vəziyyətdə tapıblar. Hadisə yerinə gələn həkimlər onun ölümünü təsdiqləyiblər.

Mənzildə tapılan və məzmunu sürətlə mətbuata sızan intihar məktubunda belə yazılıb:

"Mənmi çox həssas idim, yoxsa həyat həqiqətənmi qəddardır. Tək xahişim odur ki, itlərimə yaxşı baxın. Bu həyatda nə ana, nə də ata sevgisi gördüm, qəddarlıq içində böyüdüm. Bilmədiyiniz və demədiyim şeylər var. Tək bildiyim odur ki, mən çox yaxşı insan olmuşam. Heç kimə pisliyim dəyməyib".

Seçilən
88
publika.az

1Mənbələr