AZ

ABŞ 65-dən çox İran rərbi gəmisini batırıb

ABŞ "Epik Qəzəb" (Epic Fury) əməliyyatı başlayandan bəri İranın 65-dən çox hərbi gəmisini batırıb.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "Fox News"a müsahibəsində məlumat verib.

"Biz onların 65-dən çox hərbi gəmisini batırmışıq, ölkə boyu 6 mindən çox hədəfi vurmuşuq", - deyə o bildirib.

Livitt həmçinin qeyd edib ki, Tehranın cavab raket atışlarının sayı 90% azalıb. Bununla yanaşı, İranın hücumlar üçün pilotsuz uçuş aparatlarından istifadə imkanı 95% aşağı düşüb.

Fevralın 28-i səhər saatlarında ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Amerika lideri xalqa müraciətində ABŞ və İsrailin İrana endirdiyi zərbələri Tehranın nüvə ambisiyalarından imtina etmək istəməməsi ilə bağlı "səbrin tükənməsi" ilə izah edib.

Seçilən
75
3
publika.az

4Mənbələr