AZ

İranlılar dilemma qarşısında: Qaçmaq, yoxsa qalmaq?

ain.az bildirir, Azvision saytına əsaslanaraq.

Didərgin düşənlərin bir hissəsi İranın daha təhlükəsiz bölgələrinə üz tutur, digərləri qonşu ölkələrdə sığınacaq axtarır. Bəzi iranlılar isə ailələrini və evlərini qorumaq üçün xaricdən geri qayıdırlar. BMT-nin məlumatına görə, müharibə başlayandan bəri gündə orta hesabla 1300 iranlı Türkiyə vasitəsilə ölkədən çıxır. Müşahidəçilər qeyd edir ki, bir çox iranlı ötən il baş vermiş 12 günlük münaqişə zamanı olduğu kimi, evlərində qalmağa üstünlük verir. Bəzilərinin ölkəni tərk etməyə maddi imkanı çatmır. Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın fevralın 28-də iranlılara müraciət edərək evdə qalmağın daha təhlükəsiz olduğunu bildirmişdi. “Evlərinizdə qalın. Çölə çıxmayın. Çox təhlükəlidir. Bombalar hər yerə düşəcək”, – deyə xəbərdarlıq etmişdi. Hazırda ölkədən kütləvi çıxış qeydə alınmasa da, Tehrandan insanların paytaxtın şimalına, Xəzər dənizi sahilinə yaxın bölgələrə köçdüyü bildirilir. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Bununla yanaşı, BMT xəbərdarlıq edir ki, döyüşlərin davam etməsi daha çox iranlının evlərini tərk etməsinə səbəb ola bilər. Ekspertlərin fikrincə, insanlar kütləvi şəkildə qonşu ölkələrə – Pakistan, Əfqanıstan, Türkmənistan, Azərbaycan, Ermənistan, Türkiyə və İraqa üz tuta bilər. Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun eksperti Aleks Vatanka bildirib ki, paytaxtın əsas infrastruktur xidmətləri sıradan çıxarsa, böyük miqrasiya dalğası yarana bilər. “Əgər 10 milyon əhalisi olan Tehran şəhərində su olmasa, insanlar mütləq başqa yerə köçməyə çalışacaqlar”, – deyə ekspert qeyd edib. Eyni zamanda, müharibənin uzanacağı təqdirdə mümkün miqrasiya böhranı ehtimalı İranın qonşu ölkələrini və Avropa dövlətlərini narahat edir. Bu səbəbdən bir sıra ölkələr artıq mümkün qaçqın axınına qarşı ehtiyat planları hazırlamağa başlayıb. Röya Əliyeva

AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
azvision.az

1Mənbələr