AZ

Bir anlıq ehtiyatsızlıq faciə ilə bitdi

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Sabah” unikal.az-a istinadən xəbər verir ki, hadisə Goranboy–Ağcakənd avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
40
yenisabah.az

1Mənbələr