AZ

Qərbi Azərbaycan Xronikası: Qədim türk təfəkküründə od niyə sudan üstün tutulurdu?

ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

BAKU.WS xəbər verir ki, buraxılışda filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova İlaxır çərşənbədə "yeddi ləvin süfrəsi", tonqal üzərindən atılmanın və yas mərasimində gülab verməyin mənasından söz açıb.

O bildirib ki, İlaxır çərşənbədə axar suya dinmədən getmək uğur sayılır və "lalsu" müqəddəs hesab olunur: "İlaxır çərşənbə şənlik olmaqla yanaşı, qorxu ilə qarışıq qədim sınaq gecəsi sayılır. İnanca görə, tonqal üzərindən atılmayan insan il boyu uğursuz anlar yaşaya bilər. Yeddi nemət süfrədə olmazsa, il bərəkətsiz keçər".

Onun sözlərinə görə, yas mərasimində gülab vermək islami təsir olmaqla yanaşı, daha qədim türk təmizlənmə ritualıdır.

A.Cəfərova vurğulayıb ki, qırmızı alma ilə evə getmək qədim dəvət elementidir və qədim türk təfəkküründə od sudan üstün tutulur.

Daha ətraflı linkdə:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
baku.ws

2Mənbələr