AZ

Arda Gülərdən fantastik qol - VİDEO

Türkiyə millisinin və “Real Madrid”in gənc futbolçusu Arda Gülər İspaniya La Liqasında yeni rekorda imza atıb.

Moderator.az xəbər verir ki, 21 yaşlı futbolçu buna XXVIII turda “Elçe”ni 4:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.

Meydana əvəzetmədən daxil olan türkiyəli oyunçu 89-cu dəqiqədə komandasının dördüncü qolunu vurub. Arda Gülərin 68 metrlik zərbəsi La Liqa tarixində ən uzaq məsafədən vurulan qol kimi tarixə düşüb.

Qeyd edək ki, Arda Gülər cari mövsümdə “Real Madrid”in heyətində 42 matça çıxıb, 3 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

Seçilən
13
2
moderator.az

3Mənbələr