AZ

Gənclər danışır, biz dinləyirik: Parçalanma əvəzinə həmrəyliyə, müharibə əvəzinə sülhə nail olmalıyıq

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 mart, AZƏRTAC

XIII Qlobal Bakı Forumu çərçivəsində “Gənclər danışır, biz dinləyirik” mövzusunda müzakirələr təşkil edilib.

AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrdən fəal gənclərin bir araya gəldiyi paneldə qlobal çağırışlara uyğun olaraq gənclərin fikirləri və həll yollarına hesablanmış təklif və tövsiyələri dinlənilib.

Qeyd olunub ki, hər kəsə təsir göstərən dayanıqlı inkişaf məqsədləri tərtib olunarkən dünya daha fərqli idi. Ondan sonra pandemiya, müharibələr, beynəlxalq yardımın azalması kimi bir sıra böhranlar baş qaldırdı. Odur ki, dayanıqlı ola biləcək sistemin yaradılması vacibdir.

Bildirilib ki, COVID-19-dan sonra texnologiyanın rolu xeyli artıb. Lakin texnologiyaların bərabərsizliyi artırıb ya azaltması sual altındadır. Dünyada 2.6 milyard insanın internetə çıxışı yoxdur. Bunun universal həll yolu yoxdur. Yalnız hər bölgəyə uyğun həll yolları tapmaq mümkündür.

İnsanlara sərmayələrin yatırılmasının vacibliyi vurğulanıb, belə olan halda dayanıqlı inkişaf məqsədlərinə nail olmağın mümkünlüyü diqqətə çatdırılıb.

Qeyd olunub ki, geosiyasi dəyişkənlik fonunda yeni texnologiyalar öyrəşdiyimiz həyata təsir göstərəcək. Süni intellekt həyat xilas edir insan təkamülünə səbəb olur. Eyni zamanda, süni intellekt özü ilə birgə risklər gətirir. Çox kəskin ssenarilər var ki, insan həyatına son qoya bilər. Biz gücləri birləşdirmək yerinə silahlara görə rəqabət aparırıq. Qlobal çağırışlar həll olunmasa, onlar növbəti nəsillər üçün qalacaq.

Bildirilib ki, diplomatiya ən sərt mövqeləri dəyişə bilər. Daha yaxşı liderlik naminə çoxtərəfliliyi mümkün qədər çox saxlamalıyıq. Daha çox qadın və gənc lazımdır ki, danışıqlarda iştirak etsinlər. Parçalanma əvəzinə həmrəyliyə, müharibə əvəzinə sülhə nail olmağın vacibliyi qeyd olunub.

Bu istiqamətdə təşkilatlar birgə iş görə bilərlər. Əks halda parçalanma artacaq. İqlim dəyişikliyi kimi qlobal çağırışlar müştərək həll yolları tələb edir. Çoxtərəfli təşkilatlar olmalı və institusional fəaliyyət göstərməlidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
azertag.az

1Mənbələr