AZ

İran Əbu-Dabidə yerləşən neft emalı zavoduna zərbə endirib

Yazını böyüt
Yazını kiçilt

İrana məxsus pilotsuz uçuş aparatı BƏƏ-nin Əbu-Dabi əmirliyində yerləşən Ər-Ruvays sənaye şəhərindəki neft emalı müəssisəsinə hücum həyata keçirib.

Bu barədə Əbu-Dabi hökuməti məlumat yayıb.

Hücum nəticəsində müəssisədə yanğın baş verib. Xilasetmə xidmətləri alovu nəzarət altına almağa nail olub və yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Seçilən
49
1
hafta.az

2Mənbələr