AZ

Rusiyada zəlzələ baş verdi

Rusiyada zəlzələ baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Yujno-Saxalinsk” seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat yayıb. Məlumata görə, Saxalin adasındakı bir neçə kəndin sakinləri zəlzələni güclü şəkildə hiss ediblər.

Yeraltı təkanlar martın 15-də qeydə alınıb. Zəlzələnin gücü 3,5 bal olub. Zəlzələnin episentri Tımovski rayonunun Voskresenovka kəndindən beş kilometr şimalda, ocağı isə yeddi kilometr dərinlikdə yerləşib.

Yujno-Saxalinsk seysmik stansiyasının məlumatına görə, Voskresenovka, Molodejnoye və Ado-Tımovo kəndlərinin sakinləri titrəyişləri Rixter şkalası üzrə üçdən dörd bal gücünə qədər hiss ediblər. Publika.az

Seçilən
5
3
nocomment.az

4Mənbələr