"Azərbaycanın son 20 ildə nümayiş etdirdiyi inkişaf yolu heyranedicidir və Avropa İttifaqı rəsmi Bakının bu uğurlarını görməli, həmçinin əməkdaşlıq etməlidir".
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Belçikanın sabiq baş naziri İv Leterm Bakıda keçirlən "Cənub-Şərqi Avropa və Trans-Xəzər Biznes Sammiti: Enerji və infrastruktur sahəsində tərəfdaşlıqlar üçün dəhlizlərin genişləndirilməsi" mövzusundakı tədbirdə deyib.
O, müəyyən dövrlərdə Avropanın Azərbaycana qarşı ikili yanaşmasını tənqid edib:
"Bir tərəfdən ölkənin daxili işlərinə qarışan qətnamələr qəbul etmək, digər tərəfdən isə enerji təminatı üçün yardım istəmək qəbulolunmazdır. Avropa vətəndaşı kimi utanc duyuram ki, biz illərdir Azərbaycana daxili məsələlərdə "dərs keçməyə" çalışırıq, növbəti gün isə qaz həcmlərini artırmağı xahiş edirik".