AZ

Naxçıvanda avtomobil kanala düşüb, 4 nəfər xəsarət alıb

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunun 30-cu kilometrliyində qeydə alınıb. Belə ki, 72-BF-530 dövlət nömrə nişanlı "Renault Megan" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kanala düşüb. Qəza zamanı xəsarət alan bir ailənin 4 üzvü - Ramin Əliyev, Nəcibə Əliyeva, Sevinc Əliyeva və Aysel Əliyeva Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Seçilən
33
4
yeniazerbaycan.com

10Mənbələr