AZ

Kim Çen İn qızını da təlimlərə apardı

Şimali Koreya lideri Kim Çen İn və qızı Kim Cju Ye uzaqmənzilli artilleriya təlimlərini izləyiblər.

Moderator.az xəbər verir ki, bu barədə Şimali Koreya Dövlət Televiziyası məlumat yayıb.

Təlimlərdə 600 mm-lik reaktiv yaylım atəş sistemləri iştirak edib. Sistemlər Yapon dənizində 364 km məsafədə hədəfi vurub.

Şimali Koreya lideri bildirib ki, bu cür təlimlər ölkənin taktiki nüvə silahlarının dağıdıcı gücünü rəqiblərə nümayiş etdirmək məqsədi daşıyır.

Seçilən
11
1
moderator.az

2Mənbələr