AZ

"Tehran böyük güzəştlərə hazır idi"

Yazını böyüt
Yazını kiçilt

"Tehran ABŞ-nin hücumundan əvvəl nüvə proqramında böyük güzəştlərə getməyə hazır idi". 

Hafta.az xəbər verir ki, bununla bağlı İranın xarici işlər naziri Abbas Əraqçi MS NOW-a verdiyi müsahibədə deyib. 

Onun sözlərinə görə, Tehran və Vaşinqtonun 26 fevralda Cenevrədə baş tutan danışıqlarda irəliləyiş əldə olunub.

Nazir əlavə edib ki, bu danışıqlar zamanı o, 60%-ə qədər zənginləşdirilmiş 440 kq material elan edib ki, bu da daha da zənginləşdirilərsə, on bomba üçün kifayət edə bilər. Lakin Əraqçinin sözlərinə görə, İran bundan imtina etməyə və onu daha aşağı səviyyəyə endirməyə hazır idi.

“Bunu deməklə göstərmək istəyirdim ki, etdiyimiz güzəşt həqiqətən də əladır, amma bunu necə şərh etdiklərini bilmirəm...” -  deyə nazir bildirib.

Seçilən
19
5
hafta.az

10Mənbələr