AZ

Alkis Drakinos: Orta Dəhliz Avropa və Asiya arasında yeni ticarət ekosistemi formalaşdırır

Orta Dəhliz boyunca ticarətin inkişafından yalnız Mərkəzi Asiya deyil, həm də Avropa faydalanır.

"Far.Az" xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Cənubi Qafqaz üzrə regional direktoru Alkis Drakinos XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən Cənub-Şərqi Avropa və Transxəzər regionunun biznes sammitində bildirib.

Onun sözlərinə görə, ticarətə, enerjiyə və infrastruktura artan tələbat dünya bazarlarındakı konyunktur dəyişikliklərindən asılı olmayaraq, Orta Dəhlizin inkişafına davamlı tələb yaradır:

"Mərkəzi Asiyada demoqrafik bum müşahidə olunur. Oradakı cəmiyyətlər çox gəncdir. İqtisadiyyatlar daha çox istehsal edir və ehtiyaclar da artır. Bununla yanaşı, ticarətdən yalnız Avropa faydalanmır. Avropa İttifaqı ölkələri təkcə enerji kimi resursları almır, həm də öz məhsullarını regionun sürətlə artan əhalisinə satırlar. Beləliklə, davamlı bir tendensiya formalaşır - ticarət həcmləri artır və uzunmüddətli perspektivdə bu marşrutun inkişafı özünü tam doğruldacaq".

Xəbər yenilənir

Seçilən
51
far.az

1Mənbələr